Seninem.Az > Sosial > Oğuz və Qəbələdə meşə zolağında yanğın baş verib, yanğının söndürülməsinə helikopter cəlb edilib
Oğuz və Qəbələdə meşə zolağında yanğın baş verib, yanğının söndürülməsinə helikopter cəlb edilibTarix: 29-08-2017, 12:57. Müəllif: admin |
|
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub. Leqal.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub. Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Geri Qayıt |