Seninem.Az > Sosial > Bakıda havanı korlayan 160 sürücü cərimələnib

Bakıda havanı korlayan 160 sürücü cərimələnib


Tarix: 4-08-2017, 17:40. Müəllif: admin
Bu gün səhər saatlarından nahar fasiləsinə qədər “Təmiz hava” aylığı çərçivəsində Bakının “Ekologiya postu”nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.

V.Əsədovun sözlərinə görə, ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər “Ekologiya postu”nda 160 avtomobilə protokol tərtib edilib.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir.

Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt