Seninem.Az > Sosial > Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək
Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcəkTarix: 1-08-2017, 12:00. Müəllif: admin |
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 16.08.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. Bu barədə Leqal.info-ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat daxil olub. Qəbula yazılmaq istəyən vətəndaşların 14.08.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir. Leqal.info Geri Qayıt |