Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > Bu marşrut xətti “BakuBus”a verildi
Bu marşrut xətti “BakuBus”a verildiTarix: 15-03-2023, 12:42. Müəllif: admin2 |
“Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb. Bakı Nəqliyyat Agentliyindən (BNA) KONKRET.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. “Bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 16 martdan etibarən bu xətt üzrə daşımalar “BakuBus” MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək”,- rəsmi məlumatda qeyd olunub. Geri Qayıt |