Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaqTarix: 7-09-2022, 12:14. Müəllif: admin2 |
Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı 08.09.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başlayacaq. Görülən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Geri Qayıt |