Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR
Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏRTarix: 25-08-2022, 11:31. Müəllif: admin2 |
13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib. Ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir. Bunu DSMF-nin idarə heyəti sədrinin müavini Zəka Mirzəyev bildirib. Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər. 1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki, onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun. Birdəfəlik ödəməni almağa hüququ çatan 13 min şəxsdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib. Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi növbəti 2-3 ay ərzində tam başa çatacaq. Xəzər Xəbər Geri Qayıt |