Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > ƏHALİNİN DİQQƏTİNƏ: Bakının bir hissəsində qaz olmayacaq
ƏHALİNİN DİQQƏTİNƏ: Bakının bir hissəsində qaz olmayacaqTarix: 23-08-2022, 09:07. Müəllif: admin2 |
23.08.2022-ci il tarixdə Nizami rayonu ərazisində SOCAR "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Geri Qayıt |