Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > BNA-dan vətəndaşlara MÜRACİƏT
BNA-dan vətəndaşlara MÜRACİƏTTarix: 17-08-2022, 11:08. Müəllif: admin2 |
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb. Manset.az-a qurumdan bildirilib ki, BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər. Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb. Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik: Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. Geri Qayıt |