Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 1594 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
Azərbaycanda daha 1594 nəfər koronavirusa yoluxub, 26 nəfər ölübTarix: 21-09-2021, 19:30. Müəllif: admin |
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb. Geri Qayıt |