Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb


Tarix: 13-08-2021, 19:00. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. 18 707 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, bu günə qədər isə ümumilikdə 4 178 108 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt