Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb

Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb


Tarix: 12-08-2021, 16:00. Müəllif: admin
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt