Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 1 736 nəfər COVID-19-a yoluxub, 12 nəfər ölüb
Azərbaycanda daha 1 736 nəfər COVID-19-a yoluxub, 12 nəfər ölübTarix: 10-08-2021, 18:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb. Geri Qayıt |