Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib


Tarix: 2-08-2021, 16:30. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, bu günə qədər isə ümumilikdə 4 049 978 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt