Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı açıqlandıTarix: 20-07-2021, 21:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, bu günə qədər isə ümumilikdə 3 929 320 test icra olunub. Geri Qayıt |