Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxub
Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxubTarix: 2-07-2021, 17:00. Müəllif: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851 , ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb. Geri Qayıt |