Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib
Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edibTarix: 24-05-2021, 19:41. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib. 6611 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, bu günə qədər isə ümumilikdə 3 458 790 test icra olunub. Geri Qayıt |