Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 437 nəfər koronavirusa yoluxub
Azərbaycanda daha 437 nəfər koronavirusa yoluxubTarix: 20-05-2021, 17:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib. 8 147 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 test icra olunub. Geri Qayıt |