Seninem.Az > Sosial / Manşet Yuxarı > Bu gündən mayın 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən mayın 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcəkTarix: 9-05-2021, 09:29. Müəllif: admin |
Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. “Leqal.info”nun məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib. Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş həftəsi mayın 16-dan başlayacaq. Geri Qayıt |