Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 1 080 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib
Azərbaycanda daha 1 080 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edibTarix: 5-05-2021, 17:38. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir. Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb. Geri Qayıt |