Seninem.Az > Sosial / Manşet Yuxarı > Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır
Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdırTarix: 26-01-2021, 14:25. Müəllif: admin |
“Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər”. Leqal.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Real İntervyu” verilişinə müsahibəsində bildirib. O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır: “Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir”. "Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?" sualına M.Vəliyeva belə cavab verib: "Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər". Geri Qayıt |