Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı
Bakıda "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldıTarix: 30-08-2020, 11:10. Müəllif: admin |
Avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Leqal.info-ya verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər. Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunub. Geri Qayıt |