Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxdu, 115 nəfər sağaldı
Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxdu, 115 nəfər sağaldıTarix: 29-08-2020, 17:15. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə “Leqal.info”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub. Geri Qayıt |