Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda 169 nəfər koronavirusa yoluxdu, 151 nəfər sağaldı, 3 nəfər vəfat etdi
Azərbaycanda 169 nəfər koronavirusa yoluxdu, 151 nəfər sağaldı, 3 nəfər vəfat etdiTarix: 23-08-2020, 17:12. Müəllif: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1 763 nəfərdir. Geri Qayıt |