Seninem.Az > Sosial / Manşet Yuxarı > Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olundu
Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduTarix: 7-08-2020, 21:00. Müəllif: admin |
|
Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətləri ləğv edib. "Leqal.info" xəbər verir ki, bu sahələrə aşağıdakılar daxildir. - Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; - Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; - Mühəndislik və layihələndirmə xidmətləri; - Qablaşdırma məhsullarının istehsalı; - Daş, metal və taxta məhsullarının istehsalı; - Mebel istehsalı və təmiri; - Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; - Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; - Onlayn satışlar; - Kimyəvi təmizləmə; - Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; - Avtomobillərin təmiri; - Avtomobil yuyulma məntəqələri; - Heyvan sığınacaqları; - Tərcümə xidmətləri. Geri Qayıt |