Seninem.Az > Sosial / Manşet Yuxarı > Dənizdə batan gəncin meyiti tapıldı
Dənizdə batan gəncin meyiti tapıldıTarix: 1-08-2020, 17:53. Müəllif: admin |
30.07.2020-ci il tarixində Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə FHN-in Mətbuat Xidmətindən "Leqal.info"ya məlumat verilib. Qeyd edək ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib. Geri Qayıt |