Seninem.Az > Sosial / Manşet Yuxarı > DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunduTarix: 30-07-2020, 22:41. Müəllif: admin |
Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. "Leqal.info" xəbər verir ki, DSX-nin mətbuat katibi Rövşən Cahangirov “MediaPost”un sorğusuna cavab olaraq təyinatları təsdiqləyib. Geri Qayıt |