Seninem.Az > Sosial / Manşet Yuxarı > Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi

Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi


Tarix: 12-07-2020, 14:20. Müəllif: admin
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt