Seninem.Az > Sosial / Manşet Yuxarı > Səhiyyə Nazirliyi COVID-19 əlamətləri olan şəxslərə müraciət etdi
Səhiyyə Nazirliyi COVID-19 əlamətləri olan şəxslərə müraciət etdiTarix: 30-06-2020, 18:28. Müəllif: admin |
|
“Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar”. "Leqal.info" “Report” a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”, - o bildirib. Geri Qayıt |