Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdiTarix: 24-06-2020, 18:44. Müəllif: admin |
Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 9 103 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 min 961 test aparılıb. Geri Qayıt |