Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdiTarix: 19-06-2020, 19:54. Müəllif: admin |
Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Geri Qayıt |