Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxdu, 5 nəfər öldü


Tarix: 8-06-2020, 18:48. Müəllif: admin
Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Leqal.info”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt