Seninem.Az > Sosial / Manşet Yuxarı > Metroda karantini pozan 5 nəfər barəsində cinayət işi başladı

Metroda karantini pozan 5 nəfər barəsində cinayət işi başladı


Tarix: 3-06-2020, 19:34. Müəllif: admin
Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri - Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə "Leqal.info"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt