Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda koronavirusa yoluxanların yaşı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların yaşı açıqlanıbTarix: 15-04-2020, 18:25. Müəllif: admin |
Azərbaycanda bu günə qədər (aprelin 14-nə olan rəqəmlər) təsdiq edilən yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı məlum olub. “Leqal.info” xəbər verir ki, bu statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb. O bildirib ki, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb". Geri Qayıt |