Seninem.Az > Sosial / Manşet Yuxarı > "Tikinti kralı" kimi tanınan iş adamının oğlu karantini pozdu

"Tikinti kralı" kimi tanınan iş adamının oğlu karantini pozdu


Tarix: 8-04-2020, 16:19. Müəllif: admin
Bakı-Ələt yolundakı karantin postunda insident baş verib.

“Leqal.info”nun əldə etdiyi məlumata görə, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlərlə R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt