Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda koronavirusa yoluxanların sayı

Azərbaycanda koronavirusa yoluxanların sayı


Tarix: 29-02-2020, 18:14. Müəllif: admin
Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

Operativ qərargahdan "Leqal.info"ya bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Müvafiq qaydalara uyğun olaraq, həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt