Seninem.Az > Sosial / Manşet Yuxarı > Saatlıda çoban qətlə yetirilib

Saatlıda çoban qətlə yetirilib


Tarix: 18-12-2019, 23:02. Müəllif: admin
Saatlı rayonunda qətl hadisəsi baş verib.

"Leqal.info" xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndindəki fermaların birində qeydə alınıb.

Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətlin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, S.Əliyev fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt