Seninem.Az > Sosial / Manşet Yuxarı > Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürüb
Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürübTarix: 16-11-2019, 11:55. Müəllif: admin |
Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir. Leqal.info-nun "Report"a istinadən əldə etdiyi məlumata görə, S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub. ADNSU-dan "Report"a fakt təsdiqlənib. *** 10:25 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |