Seninem.Az > Sosial / Manşet Yuxarı > Görədildə dənizdə boğulan şəxsin meyiti çıxarılıb

Görədildə dənizdə boğulan şəxsin meyiti çıxarılıb


Tarix: 7-09-2019, 13:15. Müəllif: admin
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt