Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda 27 yaşlı qadını hoteldə
Bakıda 27 yaşlı qadını hoteldəTarix: 29-08-2019, 13:33. Müəllif: admin |
Bakıda 27 yaşlı qadın zorlanıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib. Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib. 27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir. Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır. Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb. (Oxu.Az) Geri Qayıt |