Cəlilabadda minik maşını su kanalına düşüb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Leqal.info"nun "Report"a istinadən məlumatına görə, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən "Chevrolet" markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb.

Hadisə nəticəsində Sadatlı kənd sakinləri - 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Samux rayonunda yol qəzası baş verib.скачать dle 10.6фильмы бесплатно
25-11-2018, 13:02
Baxıs: 62 379
Reyting: