Hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi

Hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi

Hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağmurlu hava şəraitinin iyulun 5-i gündüz saatlarında da davam edəcəyi, arabir intensiv xarakterli olacağı gözlənilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İntensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edilməsi tövsiyə olunur.скачать dle 10.6фильмы бесплатно
5-07-2023, 08:24
Baxıs: 80
Reyting: