XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.

Leqal.info-nun xəbərinə görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
23-03-2022, 17:18
Baxıs: 45 382
Reyting: