AMEA: "Ramiz Mehdiyev işə çıxmayıb, ərizəsini bu gün təqdim edəcək"

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb".

Bunu Leqal.info-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb: "O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə o, istefa ərizəsini bu gün təqdim edəcək".скачать dle 10.6фильмы бесплатно
17-02-2022, 13:30
Baxıs: 31 599
Reyting: