Azərbaycanda daha 2 557 nəfər COVID-19-a yoluxub, 39 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 557 yeni yoluxma faktı qeydə alınıb, 3 592 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə ümumilikdə 4 593 820 test aparılıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40