Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Bu barədə Leqal.info-ya sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.скачать dle 10.6фильмы бесплатно
3-06-2021, 11:00
Baxıs: 35 243
Reyting: