Türkiyə Rusiya peyvəndinin ölkədə istehsalını təsdiqləyib?

Türkiyə hökumətinin Rusiyaya məxsus “Sputnik V” peyvəndinin istehsalını təsdiqlədiyinə dair məlumatlar yayılıb.

Leqal.info-nun xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus üzrə Elmi Şurasının üzvü Afşin Emre Kayıpmaz hazırda vaksinin ölkədə istehsalına icazə verilməsindən danışmaq üçün tez olduğunu qeyd edərək “Sputnik V” peyvəndinin sınaqlarının davam etdiyini bildirib.

Bundan əvvəl “Yeni Şafak” qəzeti Emre Kayıpmaza istinadən Türkiyədə “Sputnik V” vaksinin istehsalına icazə verildiyini bildirmişdi. Kayıpmaz qəzetin jurnalistinin onun sözlərini səhv başa düşdüyünü bildirib.

“Jurnalistə dedim ki, rus peyvəndi Türkiyədə sınaqlardan keçirilir və yalnız bəzi mərhələlərdə müsbət nəticələr alıb. Başqa heç nə demədim. Göründüyü kimi, jurnalist düzgün başa düşməyib. Ancaq çox pis oldum, qəzetə zəng etdim və indi bu xəbəri saytdan silirlər”,- deyə Kayıpmaz qeyd edib.скачать dle 10.6фильмы бесплатно
19-04-2021, 11:00
Baxıs: 21 029
Reyting: