Peyvənd məntəqələri bayram günlərində işləyəcək?

Novruz bayramı günlərində “COVID-19”la bağlı yaradılan peyvənd məntəqələri yalnız bazar günləri işləməyəcək.

Leqal.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, bazar günü istisna olmaqla digər günlər peyvənd məntəqələri növbətçilik prinsipi əsasında fəaliyyət göstərəcək.

Xatırladaq ki, ölkə ərazisində yanvar ayının 18-dən etibarən koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb. Son rəqəmlərə görə, indiyədək 453,586 nəfər peyvəndlənmə prosesində iştirak edib.скачать dle 10.6фильмы бесплатно
15-03-2021, 18:12
Baxıs: 22 691
Reyting: