İndiyədək vaksinasiyadan keçənlərin sayı açıqlandı

Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
2-03-2021, 16:53
Baxıs: 24 249
Reyting: