Qəzaların sayı artır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hazırda paytaxt yollarındakı vəziyyəti şərh edib və sürücülərə müraciət ünvanlayıb.

BŞDYPİ-nin sözçüsü, polis polkovniki Vaqif Əsədov Qafqaz.info-ya açıqlamasında bildirib ki, hazırda paytaxtda duman, çiskin, şaxta və qar müşahidə olunur: “Əksər yollarda sürüşmə ehtimalı yaranıb, bəzi ərazilərdə avtomobillərin sürüşməsi artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması problem yaşadır. Bəzi sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün artıq maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Lakin buna baxmayaraq, gecə saatlarından Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək ərazidə xidmət təşkil edilib. Sürücülərə təhlükəsizliyin təmin edilməsi ilə bağlı köməklik göstərilir. Yolların təmizlənməsi ilə bağlı “Azəravtoyol”un xüsusi texnikaları, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə yol polisi işlər aparır.

Hazırda səkilər qar olduğu, avtomobil yolları təmizləndiyi üçün piyadaların açıq-aşkar avtomobil yollarının hərəkət hissəsi ilə getmələrini müşahidə edirik. Bu da olduqca təhlükəlidir, unutmasınlar ki, avtomobillərin yolda sürüşmə ehtimalı var. Piyadalardan xahiş edirik ki, onlar üçün ayrılmış səkilərlə hərəkət etsinlər.скачать dle 10.6фильмы бесплатно
24-02-2021, 10:00
Baxıs: 40 214
Reyting: