Karantinlə bağlı birdəfəlik ödəmələr 196 manata qaldırıla bilər

Milli Məclisin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhaliyə karantinlə bağlı ödənilən birdəfəlik ödəmələrin 196 manat həcmində verilməsiylə bağlı səsləndirilən təklifə münasibət bildirib.

Leqal.info-nun məlumatına görə, nazir ümidvar olduğunu vurğulayıb ki, gələn il ölkəni sərtləşdirilmiş karantin rejimi gözləməyəcək: “Əlbəttə, belə hal baş verərsə, hökumətdə bu məsələ müzakirə ediləcək”.

Qeyd edək ki, dövlət büdcəsində yaşayış minumumu 196 manat həcmində müəyyən edilib. Bəzi deputatlar əhaliyə sərt karantin dövründə ödənilən 190 manat vəsaitin yaşayış minumumu həddinə çatdırılmasını təklif ediblər.скачать dle 10.6фильмы бесплатно
29-12-2020, 14:30
Baxıs: 24 422
Reyting: